понедельник, 7 апреля 2014 г.

Zaqatala mətbəxi.

Azərbaycanda olan bütün bölgələrin  hər birinin özünəməxsus yeməkləri olur.
Məhz Zaqatala mətbəxi də  özünəməxsusluğu ilə  tamamilə fərqlənir.
Rayonumuzda adətən xəmirlə bişirilən yeməklərə üstünlük verilir.
Bunlara nümunə olaraq aşağıdakıları nümunə göstərə bilərik.
Quru ət (qaxac)
Sürhüllü

Ət uzunsov şəkildə şaqqalanır, bol duz, istiot, bol sül şüyüd toxumu ilə qarışdırıldıqdan sonra ya təndirdə, ya da sobanın üstündə asılaraq qurudulur. Sonra xəmir də müəyyən üsulla bu formaya salınaraq üzərinə quru ətli                                                       qaraltısı ilə süfrəyə təqdim edilir. 
Yarpaq xingəli.
Maxara
Maxara - Unu süddə qarışdırmaqla sacın üstündə bişirilən xəmir xörəyi.Maxaranı bişirmək üçün müəyyən qədər un, süd, yumurta çalınaraq duru hörrə hazırlamaq lazımdır. Südün əvəzinə ayrandan da istifadə etmək olar. İçərisinə zövqə uyğun olaraq göyərti, zəfəran, sarıkök də qatmaq olar. Sonra sacın altına ocaq qalamaq lazımdır (adətən həyətdə). Sacqazdıqdan sonra hazırlanmış hörrəni fincana doldurmaq və isti sacın üstünə tökmək lazımdır. Sacın üzərinə töküləndə o, saçaqlar yaranır və günəşə oxşar forma alır. 3-5 dəqiqədən sonra onu çevirmək lazımdır ki, o biri tərəf də bərabər bişsin. Bişəndən sonra siniyə qoyulur və üzərinə yağ çəkilir. Adətən kərə yağı olmalıdır. Yağlandıqdan sonra maxara elə bir görkəm alır ki, süfrəyə qeyri-adi gözəllik verir.Maxaran adətən bal ilə yeyilir. El adətinə görə maxaranı daha çox yağış yağanda örtülü damın altında bişirirlər.
  Ət girsi     Qoz mürəbbəsi

.

Комментариев нет:

Отправить комментарий