Azərbaycanda olan bütün bölgələrin hər birinin özünəməxsus yeməkləri olur.
Məhz Zaqatala mətbəxi də özünəməxsusluğu ilə tamamilə fərqlənir.
Rayonumuzda adətən xəmirlə bişirilən yeməklərə üstünlük verilir.
Bunlara nümunə olaraq aşağıdakıları nümunə göstərə bilərik.
Quru ət (qaxac) |
Sürhüllü |
Ət uzunsov şəkildə şaqqalanır, bol duz, istiot, bol sül şüyüd toxumu ilə qarışdırıldıqdan sonra ya təndirdə, ya da sobanın üstündə asılaraq qurudulur. Sonra xəmir də müəyyən üsulla bu formaya salınaraq üzərinə quru ətli qaraltısı ilə süfrəyə təqdim edilir.
Yarpaq xingəli. |
Maxara |
Maxara - Unu süddə
qarışdırmaqla sacın üstündə bişirilən xəmir xörəyi.Maxaranı bişirmək üçün müəyyən qədər un,
süd, yumurta çalınaraq duru hörrə hazırlamaq lazımdır. Südün əvəzinə ayrandan da istifadə
etmək olar. İçərisinə zövqə uyğun olaraq göyərti, zəfəran, sarıkök də qatmaq
olar. Sonra sacın altına ocaq qalamaq lazımdır (adətən həyətdə). Sacqazdıqdan sonra
hazırlanmış hörrəni fincana doldurmaq və isti sacın üstünə tökmək
lazımdır. Sacın
üzərinə töküləndə o, saçaqlar yaranır və günəşə oxşar forma alır. 3-5 dəqiqədən
sonra onu çevirmək lazımdır ki, o biri tərəf də bərabər bişsin. Bişəndən sonra
siniyə qoyulur və üzərinə yağ çəkilir. Adətən kərə yağı olmalıdır. Yağlandıqdan
sonra maxara elə bir görkəm alır ki, süfrəyə qeyri-adi gözəllik verir.Maxaran adətən bal ilə yeyilir. El adətinə
görə maxaranı daha çox yağış yağanda örtülü damın altında bişirirlər.
Ət girsi Qoz mürəbbəsi |